“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev
Əsas səhifəHaqqımızda

Haqqımızda

aboutUsImage

1974-cü ildən fəaliyyət göstərən Bakı Dövlət Universiteti Tələbə Həmkarlar İttifaqı Komitəsi tələbələrin sosialrifahının yaxşılaşdırılması, onların təhsil şəraitininyüksəldilməsi, sosial cəhətdən həssas qruplara maddidəstək göstərilməsi və tələbələrin potensialının üzəçıxarılması məqsədi daşıyır. 


Komitə Ümummilli Lider Heydər Əliyev irsinin və azərbaycançılıq ideyasının öyrənilməsi və təbliği, dövlətçilik ənənələrinin möhkəmləndirilməsi, milli-mənəvi dəyərlərin təşviqi istiqamətində tədbirlər həyata keçirir. Bu məqsədlə dəyirmi masalar, konfranslar, müzakirələrvə seminarlar təşkil olunur.
Komitə həmçinin tələbələrin elmə və biliyə marağının artırılması, sağlam həyat tərzinin təşviqi, vətənpərvərlikruhunun gücləndirilməsi, kollektivçilik və dostluqmünasibətlərinin möhkəmləndirilməsi istiqamətində də layihələr reallaşdırır.


Hazırda BDU THİK Azərbaycan ali təhsil müəssisələri arasında ən böyük və ən fəal tələbə həmkarlar təşkilatlarından biri hesab olunur. Komitə tələbələrin sosial müdafiəsinin gücləndirilməsi, onların hərtərəfli inkişafı və universitetin ictimai-mədəni həyatında fəallığının təmin edilməsində mühüm rol oynayır.

icon

İttifaqın struktur genişliyi və üzv sayı

Komitə BDU-nun bakalavr, magistr və doktorantlarını özündə birləşdirir.
BDU THİK-in fəaliyyət istiqamətləri bir sıra sosial, mədəni və maarifləndirici sahələri əhatə edir. 

Bakı Dövlət Universiteti Tələbə Həmkarlar İttifaqı Komitəsinin əsas fəaliyyət istiqamətləri: